Sobre a vaga
Tikinti avadanlığı sahəsində marketoloq axtarılır. Namizəd bazar və rəqib təhlili, marketinq kampaniyaları, rəqəmsal reklam, kontent, SEO, sosial media və marketinq nəticələrinin analizi ilə məşğul olacaq.
Vəzifələr
- Bazarın, hədəf auditoriyanın, bazar trendlərinin və rəqiblərin araşdırılması
- Marketinq tədqiqatlarının və sorğuların keçirilməsi
- Marketinq strategiyasının hazırlanması və icrası
- Reklam və satış kanallarının müəyyənləşdirilməsi
- Marketinq kampaniyalarının və aksiyaların hazırlanması və həyata keçirilməsi
- Google Ads, Facebook Ads, Instagram və digər reklam platformalarında reklamların idarə edilməsi və optimizasiyası
- Brendin tanıdılması üçün media kanallarından istifadə
- Sayt, bloq, e-poçt marketinqi və sosial media üçün məzmunun yaradılması və redaktəsi
- Dizaynerlər və kopirayterlərlə əməkdaşlıq
- Saytın SEO optimizasiyası və funksionallığının təkmilləşdirilməsi
- Sosial media hesablarının idarə edilməsi və kontent planının hazırlanması
- Aksiyaların, müsabiqələrin və influenser əməkdaşlıqlarının təşkili
- Google Analytics, Yandex Metrica və digər analitik alətlərlə nəticələrin təhlili
- ROI və KPI göstəricilərinin izlənilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması
- Reklam agentlikləri, KOL-lar, media və digər tərəfdaşlarla iş
- Tədbirlərin, sərgilərin və PR fəaliyyətlərinin təşkili