Vakansiya haqida
Senior Learning and Development Specialist əməkdaşların təlim ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və təlim proqramlarının təşkili ilə məşğul olacaq. Vəzifə həmçinin ERP təlim modulunun idarə edilməsini, onboarding və fərdi inkişaf planlarının icrasını əhatə edir.
Vəzifə öhdəlikləri
- İşçilərin təlim ehtiyaclarını müəyyənləşdirmək və illik təlim planının hazırlanmasını dəstəkləmək
- İllik plana əsasən uyğun təlimləri araşdırmaq və təşkil etmək
- Təlim müqavilələrini hazırlamaq, elektron sistemdə qeydiyyata almaq və icrasını təmin etmək
- Daxili təlimləri təşkil etmək və keçirmək
- Təlim planı cədvəllərini və hesabatları vaxtında doldurmaq
- ERP-də Training modulunda məlumatları yeniləmək və məlumatların əlavə edilməsinə nəzarət etmək
- Yeni işçilər üçün orientasiya proqramı çərçivəsində təlimləri təşkil etmək və keçirmək
- Təlim materiallarını hazırlamaq və sistemə yükləmək
- Təlim statistikalarını əlavə etmək və izləmək
- İşçilərin fərdi inkişaf planlarının icrasını və proqresini izləmək
- İştirakçılar, mentorlar və rəhbərlərlə kommunikasiya qurmaq
Şərtlər
Vəzifə telekommunikasiya sahəsi ilə əlaqəlidir.